Bakı Mühəndislik Universitetinin (BMU) İdman klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 2024-2025-ci tədris ili ərzində mini futbol, voleybol, basketbol, stolüstü tennis, şahmat və dama üzrə fakültələrarası turnirlər keçirilib.
Turnirlər tələbələr arasında sağlam həyat tərzinin təşviqi, onların idmana marağının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyb.
Müxtəlif vaxtlarda təşkil olunan yarışlarda qalib gələn tələbələr yekunda THİK tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi