Bakı Mühəndislik Universiteti (BMU) təhsil müəssisəsində idarəetmənin səmərəliliyinin artması və tələbə məmnuniyyətinin yüksəldilməsi istiqamətində ISO 9001:2015 keyfiyyət idarəetmə standartının tətbiqinə hazırlaşır. Bu məqsədlə universitetin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi standartların tətbiqində və sertifikasiya mərhələsində ixtisaslaşmış bir sıra şirkətlərlə görüşlər keçirir.
Belə görüşlərdən biri “İNCERT” şirkəti ilə baş tutub. Tədbirdə müəssisədə qurulması hədəflənən keyfiyyət idarəetmə sistemi olan ISO 9001/2301 normativlərinin tətbiqi mövzusunda danışıqlar aparılıb.
Bununla yanaşı, sertifikatlaşdırma mərhələsində yarana biləcək bütün suallara aydınlıq gətirilib, bu mərhələdə nəzərdə tutulan təlim və seminarlar haqqında müzakirələr edilib.
Qeyd edək ki, İNCERT MMC audit, sertifikatlaşdırma, inspeksiya və təlim üzrə peşəkar xidmətlərin təşkili və göstərilməsi məqsədilə fəaliyyət göstərən Azərbaycan şirkətidir.
İctimaiyyətlə əlaqələr şöbəsi