BMU-da “General English” kursunu uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim olunub

08 İyul 2022
BMU-da “General English” kursunu uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin professor-müəllim heyəti üçün təşkil olunan “General English” kursunu uğurla başa vuran müəllimlərə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən fakültənin dekanı, dosent Elşad Abdullayev müəllimlərin bacarıq və peşəkarlıq səviyyəsinin artırılması, bu sahədə müasir və effektiv təkmilləşdirmə sistemi tətbiq edilməklə, ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olunması ilə bağlı təşəbbüslərin BMU rəhbərliyi tərəfindən hər zaman dəstəkləndiyini, kursların da bu aspektdən gerçəkləşdirildiyini diqqətə çatdırıb.

E.Abdullayev Pedaqoji fakültənin İngilis dili kafedrasının təşkilatçılığı ilə keçirilən 3 aylıq kursların 01.04.2022-01.06.2022 tarixlərini əhatə etdiyini bildirib. Təlimlərin təmənnasız olaraq, universitetin ingilis dili müəllimləri - Tamara Atakişiyeva, Çinarə Nərimanova və Nigar Ağayeva tərəfindən həyata keçirildiyini deyən dekan bu kurslara üç qrup olmaqla, təxminnən 15 nəfərin  cəlb olunduğunu vurğulayıb.

Kursun təşkili ilə bağlı təəssüratlarını bölüşən iştirakçı müəllimlər bu gözəl təşəbbüsü dəstəklədiklərini, növbəti tədris ilində də ingilis dili təlimlərinin davam etdirilməsi ilə bağlı istəklərini bildiirblər.

Sonda kursu müvəffəqiyyətlə başa vuran müəllimlərə, eyni zamanda kursun təlimçilərinə sertifikatlar təqdim olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər