BMU-da Erasmus+ KA1 mübadilə proqramı ilə bağlı məlumatlandırma sessiyası

07 Mart 2024
BMU-da Erasmus+ KA1 mübadilə proqramı ilə bağlı məlumatlandırma sessiyası

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Erasmus+ KA1 mübadilə proqramı ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.

Universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşəbbüsü ilə keçirilən sessiyada tələbələrlə Erasmus+ KA1 mübadilə proqramına daxil olan Avropanın bir sıra nüfuzlu universitetləri ilə önəmli məlumatlar təqdim olunub. Şöbənin əməkdaşı Nərmin Qəhrəmanlı seçim prosesi, programa yeni daxil olmuş universitetlər və proqramın tələbələrə təklif etdiyi üstünlükləri ətraflı izah edib.

Universitetin əcnəbi tələbələrinin də qatıldığı görüşdə Şri-Lanka vətəndaşı Abdullah Muhammedh Azharuddeen Almanyanın Schmalkalden Tətbiqi Elmlər Universitetində 6 aylıq təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. O, həmçinin tələbə mübadilə proqramlarının tələbələr üçün sosial və elmi cəhətdən əhəmiyyətini vurgulayıb.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər