Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, rektor Yaqub Piriyev gündəlikdə olan məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra gündəliyə uyğun olaraq “2024-cü ildə BMU-nun maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair”, həmçinin “Beynəlxalq əlaqələr üzrə prorektorluğun fəaliyyətinə dair” hesabatlar dinlənilib. Hər bir hesabat ətrafında ayrıca müzakirələr aparılıb, Elmi Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla hesabatlar qənaətbəxş sayılıb.
Daha sonra “Bakı Mühəndislik Universitetinin 2025-2030-cu illər üçün Strateji İnkişaf Planı” və “Professor-müəllim heyəti üçün differensial əməkhaqqı sisteminin tətbiqi haqqında Qaydalar”da edilmiş dəyişikliklərin təsdiqi məsələləri müzakirə olunub. Hər iki məsələ ilə bağlı müsbət qərar qəbul edilib.
Sonda Yaqub Piriyev müzakirə olunan məsələlərlə bağlı struktur rəhbərlərinə bir sıra tapşırıq və tövsiyələr verib.
Cari məsələlərin də baxıldığı iclasda, habelə yubiley yaşı olan Mexanika mühəndisliyi kafedrasının müdiri Mahir Bəşirova universitetin ictimai-sosial həyatındakı səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi