Fevralın 9-da Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının növbəti iclası keçirilib.
BMU-nun rektoru Yaqub Piriyev iclasın gündəliyində dayanan məsələləri diqqətə çatdırıb.
İclasda “2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi yolları”, “2023-cü təqvim ili elmi-tədqiqat işlərinin yekunları” və “Anket sorğularının dəyərləndirilməsi” haqqında hesabatlar təqdim edilib. Hər üç hesabat dinlənilərək təklif və tövsiyələr nəzərə alınmaqla qənaətbəxş hesab olunub. Universitetin müvafiq strukturlarına hesabatdan irəli gələn məsələlərlə bağlı bir sıra tapşırıqların verilməsi qərara alınıb.
Hesabatlardan sonra nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən BMU əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar, o cümlədən universitetin elmi jurnallarının redaksiya heyəti, həmçinin bakalavr səviyyəsində buraxılış işlərinin hazırlanması qaydaları ilə tanış olunub, geniş müzakirələrdən sonra qaydalar təsdiqlənib.
İclasda habelə BEU Elmi Tədqiqat Mərkəzinin yaradılması məsələsinə baxılıb, bu barədə müsbət qərar çıxarılıb.
İclasda, həmçinin BMU-nun yeni ştat cədvəli, eləcə də QS üçün Fəaliyyət Planı təsdiq edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi