Əcnəbi tələbələrlə bağlı məmnuniyyət və narazılıqların ölçülməsi məqsədilə Təhsil İnstitutunun Mentorluq Proqramı çərçivəsində təşkil olunan tədqiqat qrup rəhbəri Aqşin Əliyev Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-nun əcnəbi tələbələri ilə görüşən A.Əliyev tədqiqat çərçivəsində tələbələrin üzləşdiyi problemlər, çətinliklər, həmçinin məmnuniyyətləri ilə bağlı sorğu təşkil edib.
Qeyd edək ki, Təhsil Nazirliyinin 2021-ci il üçün fəaliyyət planında nəzərdə tutulan tədbirlərdən biri əcnəbilərin cəlbinin təşviqidir. Bu tədbir çərçivəsində bir neçə sahəni özündə ehtiva edən alt fəaliyyət tədbirləri müəyyənləşdirilib ki, əcnəbi tələbələrlə bağlı məmnuniyyət və narazılıqların ölçülməsi də bu qəbildəndir.
İctimaiyyətlə əlaqələr şöbəsi