BMU-da dizayn sərgisi keçirilib

22 May 2019
BMU-da dizayn sərgisi keçirilib

    Bakı Mühəndislik Universitetində Memarlıq və inşaat kafedrasının Dizayn ixtisası tələbələrinin “Duyğu Rəng Dizayn” adlı sərgisi keçirilib.

    Sərgidə tələbələrin rənglərlə duyğularını əks etdirən sənət yönümlü əsərləri izləyicilərə təqdim olunub. Sərgidə, həmçinin Dizayn ixtisası  tələbələrinin “Dizaynın əsasları 2” və “Konstruktivləşdirmənin əsasları 1” fənlərindən hazırladıqları kompozisiyalar yer tutub. Qeyd edək ki, sərgi  Memarlıq və inşaat kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə həyata keçirilib. Kafedranın müdiri, professor Sabir Orucov sərginin açılışında iştirak edib və tələbələrə uğurlar arzulayıb.

Digər xəbərlər