Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dayanıqlı maliyyə” mövzusunda seminar keçirilib.
Tədbir Maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Füzuli Əliyevin moderatorluğu ilə baş tutub.
Dayanıqlı maliyyə sahəsi üzrə beynəlxalq məsləhətçi-ekspert Elşən Rüstəmov “Dayanıqlı maliyyə” mövzusunda təqdimatla çıxış edib. O, dayanıqlı inkişaf - məhdudiyyətlər və fürsətlər, həmçinin firmaların məqsədləri haqqında iştirakçılara ətraflı məlumat verib. Etik biznes nəzəriyyələrinə toxunan ekspert Səhmdar nəzəriyyəsi (Friedman), Maraqlı tərəflər nəzəriyyəsi (Edward Freeman) və Maraqlı tərəflərlə müqavilə nəzəriyyəsi (Hipotetik müqavilə) barədə danışıb.
E.Rüstəmov təqdimatında dayanıqlı maliyyə üçün konsepsiya, dayanıqlı maliyyə və hədəf proyeksiyası, dayanıqlı bankçılığın əsas prinsipləri, bankların dayanıqlılığa keçid prosesi, dayanıqlılıq üzrə alətlər və hesabatlılıq, dayanıqlılıq üçün əməkdaşlıq kimi önəmli məsələləri də diqqətə çatdırıb.
Sonra seminarda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi