Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Almaniya təhsili və bu ölkənin universitetlərinə qəbulla bağlı məlumat günü keçirilib.
“Edu-support Xaricdə təhsil və Alman dili üzrə ixtisaslaşmış mərkəz”inin xaricdə təhsil üzrə mütəxəssisi İsmayıl Qədimli Almaniyada təhsil barədə təqdimatla çıxış edib. Bildirib ki, Almaniya universitetlərində tibb təhsili ilə yanaşı, iqtisadiyyat, biznes və bəzi mühəndislik ixtisasları üzrə təhsil mövcuddur.
Almaniya təhsilinin üstünlüklərindən danışan İ.Qədimli qeyd edib ki, tələbələr ingilis və alman dillərində ödənişsiz təhsil ala bilərlər. O, çıxışında müraciət zamanı tələb olunan sənədlər, tələbə vizası, yataqxana, təqaüd sistemi və digər istiqamətlər üzrə zəruri informasiyaları tələbələrin diqqətinə çatdırıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi