BMU-da 5-ci Koreya Dili Danışıq Müsabiqəsi keçirilib

27 Noyabr 2025
BMU-da 5-ci Koreya Dili Danışıq Müsabiqəsi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Xırdalan Seconq İnstitutu ilə birgə 5-ci Koreya Dili Danışıq Müsabiqəsi təşkil olunub.

Bu ilki yarışmada Xırdalan Seconq İnstitutunda təhsil alan 35 tələbə iştirak edib. Onlar dil səviyyələrinə uyğun olaraq qruplara bölünüb və müxtəlif mövzularda sərbəst çıxış ediblər. Tələbələr gündəlik həyat, hobbi və planlar, Koreya mədəniyyəti, gəzinti marşrutları və şəxsi təcrübələr kimi mövzular ətrafında təqdimatlar hazırlayaraq dil biliklərini nümayiş etdiriblər.

mimi və motivasiyaedici mühitdə reallaşan müsabiqədə tələbələrin çıxışları münsiflər və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Müsabiqə tələbələrin Koreya dili üzrə nitq bacarıqlarının inkişafına və mədəniyyətlərarası ünsiyyət imkanlarının genişlənməsinə töhfə verib. 2021-ci ildən fəaliyyət göstərən Xırdalan Seconq İnstitutu gələcəkdə də tələbələr üçün bu tip təşəbbüsləri davam etdirməyi planlaşdırır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər