BMU aliminin məqaləsi Türkiyədə beynəlxalq indeksli jurnalda nəşr edilib

18 Noyabr 2021
BMU aliminin məqaləsi Türkiyədə beynəlxalq indeksli jurnalda nəşr edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyevin müəllifi olduğu məqalə Türkiyənin “Dərgipark” platformasına daxil olan “Karatay Sosyal Araştırmalar Dergisi” beynəlxalq indeksli jurnalda nəşr edilib.

“Gelibolulu Mustafa Ali’nin Menâkıb-I Hünervarân  Adlı Eserinde Osmanlı’da  Yaşamış Azerbaycanlı Hattat, Nakkaş ve Mücellitler” adlı məqalədə Osmanlı müəlliflərindən biri olan Gelibolulu Mustafa Ali (ö. 1599) tərəfindən 1587-ci ildə qələmə alınan adıçəkilən əsər geniş təhlil olunub.  XV-XVI əsrlərdə yaşamış sənətkarlar barədə kifayət qədər məlumatların yer aldığı “Menâkıb-I Hünervarân” əsərində Osmanlı dövlətində fəaliyyət göstərmiş 18 azərbaycanlı sənətkar (11 xəttat, 6 nəqqaş və bir də mücəllidlik-kitab cildləyən) haqqında da ətraflı bəhs edilib.

Əsərdə adları keçən azərbaycanlı sənətkarların tərcüməyi hallarının tamamlanması üçün müəllif o dövrün çoxsaylı Osmanlı arxiv sənədləri və digər mənbələrindən istifadə edib.

Məqalənin tam mətnini aşağıdakı linkə keçid edərək əldə etmək mümkündür:  https://dergipark.org.tr/en/download/article-file/2033634

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər