Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının müdiri, fiz.f.d. Razim Bayramlının həmmüəllifi olduğu ixtira patent alıb. “Optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqi üsulu” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən İ 2021 0093 nömrəli patent verilib.
Yeni ixtira kristallar fizikasına, xüsusilə bərk mühitdən monokristallar yetişdirilməsinə və optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqinə aiddir.
İxtira barədə məlumat “Sənaye mülkiyyəti”nin 31.03.2021 tarixli 3№-li bülletenində çap olunub. Daha ətraflı məlumatı http://copat.gov.az/ saytından əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi