Bilik yarışmasında I yeri tutan BMU komandası mükafatlandırılıb

22 Fevral 2022
Bilik yarışmasında I yeri tutan BMU komandası mükafatlandırılıb

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin (BMU) komandası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununda birinci yeri tutub.  

Fevralın 22-də “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edib, onlara təhsil sahəsində daha böyük nailiyyətlər arzulayıb.

Sonra qaliblərə - BMU  (I yer), Azərbaycan Dövlət İqtisad Universiteti (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 3 turdan ibarət olan bilik yarışmasına 19 ali təhsil müəssisəsindən tələbələr qatılıb. Bilik yarışmasının final mərhələsinin nəticəsinə əsasən BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Rayaxanım Ağazadənin rəhbərlik etdiyi “BMU” komandası (Ağasəf Məhərrəmov, Ruhid Cavadlı, Şahmurad Məmmədov, Səyyar Qurbanov, Abuzər Xudaverdiyeva, Cəmil İskəndərli) 1-ci yeri tutublar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər