“Beynəlxalq ikili diplom proqramında təhsil aldığım üçün özümü çox şanslı sayıram”

15 Avqust 2024
“Beynəlxalq ikili diplom proqramında təhsil aldığım üçün özümü çox şanslı sayıram”

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisasının tələbəsi Alpər Nəsibov belə bir proqramın həyata keçirilməsindən olduqca məmnundur. O, gənclərin xaricdə təhsili, yüksəkixtisaslı kadrlar kimi yetişmələrinə xidmət edən dövlət proqramlarının qəbulunu müsbət addım sayır, təhsil sahəsinə ayrılan xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir.      

Müasir dövrün əsas ixtisaslarından olan informasiya texnologiyaları sahəsində bilik və bacarıqların beynəlxalq təcrübə əsasında qazanılmasının gözəl fürsət olduğunu qeyd edən ali məktəbin tələbəsi BMU-İNHA İDP-nin peşəkar mütəxəssislərin hazırlanmasını hədəflədiyini vurğulayıb. A.Nəsibov hesab edir ki, həm hər iki universitetin müasir elmi tədqiqat laboratoriyaları, həm də savadlı professor-müəllim heyəti tədris prosesinin uğurlu təşkilinə əlverişli imkan yaradır, bu da sonda təhsilalanların zəruri biliklərlə formalaşmasına, yaxşı kadrlar kimi yetişməsinə gətirib çıxarır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər