Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin yaz semestri başlayıb.
BMU-nun Akademik təqviminə əsasən bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 31 may tarixinə qədər davam etdirilməsi planlaşdırılır. Yaz semestrinin imtahan sessiyası isə 02 iyun-05 iyul tarixlərində keçiriləcək.
2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, habelə kafedraların elan lövhələrinə yerləşdirilib.
Bütün tələbələrimizə yaz semestrində uğurlar diləyirik!
İctimaiyyətlə əlaqələr şöbəsi