Bakı Mühəndislik Universitetində təkrar ali təhsil almaq imkanı

18 İyul 2024
Bakı Mühəndislik Universitetində təkrar ali təhsil almaq imkanı

2024/2025-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün Bakı Mühəndislik Universitetinə (BMU) sənəd qəbulu ümumilikdə 36 ixtisas üzrə aparılır.

Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir (daha ətraflı: https://beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/).

Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az  elektron portalı vasitəsilə gerçəkləşdirilir. Sənəd qəbulu 31 avqust 2024-cü il saat 18.00-da başa çatacaq. 

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  portala yükləyərək müraciət göndərməlidir:

          - ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) əsli (pdf, jpg formatında);

          - xarici ölkələrin ali təhsil müəssisələri məzunlarının aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin əsli (pdf, jpg formatında);

Qeyd edək ki, təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərdən yenidən imtahan götürülmür. Onlarla müsahibə aparılır və müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdikləri ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər