Azərbaycan türklərinin folklor mətnlərinin etnolinqvistik və etnopsixoloji təhlilinə həsr olunan seminar

29 Mart 2024
Azərbaycan türklərinin folklor mətnlərinin etnolinqvistik və etnopsixoloji təhlilinə həsr olunan seminar

Bakı Mühəndislik Universitetində “Şərqi Anadolu Azərbaycan türklərinin folklor mətnlərinin etnolinqvistik və etnopsixoloji təhlili” adlı elmi seminar keçirilib.

Universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, professor Təranə Hacıyeva ali təhsil müəssisəsində elmi mühitin formalaşmasında seminarların roluna, həmçinin qaldırılan mövzuların önəminə toxunub.

Dilçiliyin inkişafı ilə bağlı əsas məqamlardan bəhs edən professor linqvistik vә etnik amillәrin qarşılıqlı әlaqәsinin öyrәnilməsi, dildə etnolinqvistik, entopsixoloji təzahürlərin araşdırılmasının vacibliyi kimi məsələləri vurğulayıb.

Ardınca kafedranın dosenti Emin Ağayevin məruzəsi dinlənilib. Məruzəçi etnolinqvistika anlayışı, linqvistik materialları araşdıran yeni sahə kimi etnolinqvistikanın inkişafı, dildə işlənən etnolinqvistik sözlər, həmin sözlərin mifoloji əlaqələri, müasir etnolinqvistikanın qolları və s. haqda ətraflı məlumat verib. Eyni zamanda Azərbaycan xalqının etnopsixologiyasında təzahür edən anlayışların folklorda necə təsvir olunduğunu elmi təhlillərlə seminar iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışdan sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin natiq seminar iştirakçılarının suallarına aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər