ASAN Radioda BMU-İNHA ikili diplom proqramından bəhs olunub

12 Avqust 2021
ASAN Radioda BMU-İNHA ikili diplom proqramından bəhs olunub

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı haqqında ASAN Radioda “Xəbərlər”in xüsusi buraxılışında ətraflı bəhs olunub.

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli proqram ilə bağlı sualları cavablandırıb.

Verilişdə ikili diplom proqramının modeli, tədris olunan ixtisaslar, təhsilalanların maliyyə xərcləri, müraciət proseduru və qəbul şərtləri, həmçinin proqram məzunları üçün üstünlüklər barədə geniş məlumat verilib.

Müsahibəni keçidə daxil olaraq dinləmək mümkündür.  

Qeyd edək ki, proqrama müraciət üçün son qeydiyyat tarixi 14 avqust 2021-ci il saat 23:55-dir. Daxili imtahan 2 mərhələdən ibarət olacaq. 17 avqustda keçiriləcək I mərhələdə abituriyentlər riyaziyyat və fizika fənlərindən yazılı imtahan, 19 avqustda keçiriləcək ikinci mərhələdə isə ingilis dilindən şifahi imtahan verəcəklər. İmtahan nəticələri isə avqustun 23-də elan olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər