Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektorluğu və Multikulturalizm Klubunun təşkilatçılığı, həmçinin Edu-Support Təhsil Mərkəzinin dəstəyi ilə “Almaniyada təhsil” mövzusunda seminar keçirilib.
Seminarda Edu-Support Təhsil Mərkəzinin direktoru İsmayıl Qədimli Almaniyanın Avropanın aparıcı və güclü iqtisadiyyata sahib ölkə olmasını qeyd edib. Bildirib ki, Almaniyanın dövlət universitetlərinin əksəriyyətində təhsil ödənişsizdir. Təhsilin ingilis və alman dillərində olduğunu fikirlərinə əlavə edən qonaq iqtisadiyyat, biznes, mühəndislik (bakalavr) ixtisasları üzrə ödənişsiz təhsil almağın mümkünlüyünü diqqətə çatdırıb. Eyni zamanda, o, magistr ixtisasları üzrə ingilis dilində ödənişsiz təhsildən bəhs edib.
Mərkəzin təmsilçisi bakalavr və magistr səviyyələrinə qəbul şərtləri və təqaüd proqramları haqqında da ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi