Abituriyentlərin nəzərinə: BMU-da “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir

13 Avqust 2024
Abituriyentlərin nəzərinə: BMU-da “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir

Xəbər verdiyimiz kimi, bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.

Abituriyentlər onları maraqlandıran suallarla, həmçinin ixtisas seçimi ilə bağlı həftə içi saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küç., 120. Telefon: +994 12 349 99 95).

Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar çalışırlar. Onlar tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz yardım edilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər