23-24 may 2025-ci il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək.
Gənclərin elmə olan marağını artırmaq məqsədi daşıyan konfransda, həmçinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar əldə etdikləri elmi nailiyyət və təcrübələri bölüşəcək, ortaq problemlər müzakirə olunacaq və onların həlli yolları üçün təkliflər irəli sürüləcək.
Konfrans haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/iyrc/home