İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan tələbələrin nəzərinə!

16 Aprel 2025
İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan tələbələrin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tələbələrin bilik və bacarıqlarının artırılmasına və şəxsi inkişafına dəstək vermək məqsədilə ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan “Yay Təcrübə Proqramı”na qəbul elan edir.

 

Proqramda iştirak üçün sənəd qəbulu 14 aprel 2025-ci il saat 09:00-dan 14 may 2025-ci il saat 23:59-dək həyata keçiriləcək.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər aşağıdakılardır:

 

·        Azərbaycan Respublikasının vətəndaşı olmalı;

·     Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;

·        Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.

 

“Yay Təcrübə Proqramı” bu il iyul ayının 7-dən sentyabr ayının 5-dək davam edəcək. Hər üç seçim mərhələsindən uğurla keçən tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində iştirakçılara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər keçiriləcək, onların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Mərkəzin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.

 

Ətraflı məlumat üçün https://www.taxes.gov.az/az/post/3997 linkinə keçid etmək mümkündür.

Digər elanlar