Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.
İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.
Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.
Proqram ilə bağlı digər detallar:
- Proqramın müddəti - 2 ay (iyul və avqust ayları, 2025-ci il)
- İştirak- həftənin 5 günü
- Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd
Təcrübəçilərin seçim mərhələsi
- Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi
- Test mərhələsi
- Qrup müsahibəsi
- Panel müsahibəsi
Kimlər müraciət edə bilər?
Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr və magistr məzunları müraciət edə bilər.
Proqram barədə ətraflı məlumat, gəncləri qəbul edəcək departamentlərin siyahısı və s. barədə informasiyalar aşağıda qeyd edilən linkdə yer alıb:
https://www.cbar.az/page-726/internship-start-your-steps-with-us