“Coca-Cola İçecek Azərbaycan” şirkəti tələbələr üçün yay təcrübə proqramına start verir

18 İyun 2021
“Coca-Cola İçecek Azərbaycan” şirkəti  tələbələr üçün yay təcrübə proqramına start verir

“Coca-Cola İçecek Azərbaycan” şirkəti  Azərbaycan universitetlərinin III və IV kurs tələbələri üçün “Today's Learner - Tomorrow's Leader” yay təcrübə proqramına start verir.

Təcrübə proqramına qoşulmaqla tələbələr peşəkar biznes mühiti ilə tanış olacaq, dəyərli təcrübə əldə edəcək və inkişaflarına dəstək vermiş olacaqlar.

Proqrama 29 iyun tarixinə qədər https://bit.ly/2UgWcAt linki vasitəsilə müraciət etmək mümkündür. Müraciət edən tələbələrə seçim prosesinin növbəti mərhələsi – “online video resume” ilə bağlı təlimatlar olan e-mail göndəriləcək.

Daha ətraflı məlumatı buradan  əldə etmək olar.

Digər elanlar