Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101- ci ildönümünə həsr olunmuş
“GƏNC TƏDQİQATÇILARIN VIII BEYNƏLXALQ ELMİ KONFRANSI”
26-27 Aprel 2024-ci il tarixlərində keçiriləcək “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirəsi və həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, eləcə də gənclərin elmə marağını artırmaqdır. Bu istiqamətdə ölkəmizin gələcəyinə töhfə vermək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük komitəsinin Akademiyasının təşkilatçılığı ilə keçiriləcək konfransa ali məktəblərin professor-müəllim heyətini, gənc tədqiqatçıları, doktorantları, dissertant və magistrantları elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün beynəlxalq elmi konfransa dəvət edirik.
Təşkilat Komitəsi tərəfindən seçilmiş və konfransa təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:
Mühəndislik elmləri;
Xarici ticarət və gömrük xidməti;
Memarlıq və inşaat elmləri;
Təbiət elmləri;
İqtisadiyyat elmləri;
Filologiya elmləri;
Pedaqogika elmləri;
Hüquq;
Tarix və sosiologiya.
Konfransın təqvimi:
01 aprel 2024-cü il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
Konfransın işçi dilləri:
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis, rus və türk dillərində aparılacaq.
Ümumi məlumat
Konfransa təqdim ediləcək məqaləni tərtib etmək üçün şablon verilib. Məqalə birbaşa şablonun üzərində tərtib edilə bilər. Şablona uyğun olmayan və fərqli formatlarda hazırlanmış məqalələr qəbul və çap edilməyəcək. Buna birbaşa müəllif cavabdehdir. Məqalələr e-mail vasitəsilə yric@beu.edu.az ünvanına göndəriləcək. E-mailin mövzu hissəsində məqalənin hansı sahəyə (Mühəndislik elmləri, Xarici ticarət və gömrük xidməti, Memarlıq və inşaat elmləri, Təbiət elmləri, İqtisadiyyat elmləri, Filologiya elmləri, Pedaqogika elmləri, Hüquq, Tarix və sosiologiya) göndərildiyi mütləq qeyd olunmalıdır. Məqalələr 01 aprel 2024-cü il tarixinə qədər göndərilməlidir. Qeyd edilən tarixdən sonra göndərilən məqalələr diqqətə alınmayacaq. Konfransa yalnız (başqa yerdə nəşr və məruzə olunmamış) orijinal tədqiqat işləri göndərilməlidir. Təqdim olunan məqalələr konfransın elm komitəsi tərəfindən dəyərləndiriləcək. Məqalə hansı dildə göndərilməsindən (Azərbaycan, türk, ingilis, rus) asılı olmayaraq, dil qaydalarına uyğun və tam anlaşılan səviyyədə olmalıdır. Yazı qaydalarına, konfrans tələblərinə uyğun olmayan məqalələr qəbul edilməyəcək.
Konfrans materialları onlayn olaraq nəşr ediləcək.
Əlavə məlumat üçün Təşkilat Komitəsinə müraciət edə bilərsiniz.
Əlaqə ünvanları:
AZ 0101, Xırdalan ş., Həsən Əliyev küç. 120, Bakı Mühəndislik Universiteti
E- mail: yric@beu.edu.az
Əlaqə nömrəsi: 012-349-99-56
MƏQALƏNİN BAŞLIĞI,
MÜƏLLİFİN ADI, SOYADI
Universitet/İnstitut adı
Fakültə/Bölmə adı
ŞƏHƏR, ÖLKƏ
1. Xülasə
Tədqiqat işinin qısa icmalı. Burada işin aktuallığı, məqsədi, elmi yeniliyi, praktiki əhəmiyyəti, üstünlükləri və nəticəsi yer almalıdır. Xülasə bir paraqraf və 200-250 sözdən ibarət olmalıdır. Qısaltma, istinad və haşiyələr istifadə edilməməlidir.
Əgər məqalə ingilis dilində yazılmayıbsa, o zaman xülasə ingilis dilində də verilməlidir.
2. Açar sözlər: açar söz-1, açar söz-2, açar söz-3
Açar sözlər xülasədən sonra qeyd olunmalıdır.
3. Giriş
Girişdə tədqiqat işinin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti, metod və metodologiyası, elmi ədəbiyyatda qoyuluşu və s. göstərilir. Ümumilikdə giriş aşağıdakı 4 hissədən ibarət olmalıdır:
1. Tədqiqat işi ilə əlaqəli qısa məlumat verilir. İşin aktuallığı və əhəmiyyəti göstərilir.
2. Tədqiqat işinə olan ehtiyac göstərilir. Hal-hazırda yerinə yetirilmiş işlər və problemlər göstərilir.
3. Qarşıya qoyulan məqsədə çatmaq üçün yerinə yetirilmiş tədqiqat işi açıqlanır.
4. Tədqiqat işinin strukturu göstərilir.
4. Tədqiqat metodu
Qarşıya qoyulmuş məsələni həll etmək üçün istifadə edilmiş metod və materiallar göstərilir. Aparılmış elmi təcrübələr nəticəsində əldə edilən cədvəllər, blok-sxemlər, qrafiklər göstərilir. Bu fəsildə tədqiqat işinin səmərəliliyi açıqlanmır, ancaq aparılmış təcrübələr və onların nəticəsi açıqlanır.
5. Nətİcə
Aparılan tədqiqat üzrə əldə edilmiş nəticələr müzakirə edilir. Əldə edilmiş nailiyyətlər, üstünlüklər və işin səmərəliliyi qeyd edilir.
6. Ədəbİyyat sİyahısı
Tədqiqat işində istinadlar APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi göstərilir. Nümunə üçün: (Qasımov, 2023). İstinaddan sonra nöqtə qoyulur. Ədəbiyyatlar aşağıdakı nümunəyə uyğun olmalıdır:
1. Sari, D. W., Khalifah, N. A., & Suyanto, S. (2016). The spillover effects of foreign direct investment on the firms’ productivity performances. Journal of Productivity Analysis, 46(2), 199–233.
2. Liu, Z. (2008). Foreign direct investment and technology spillovers: Theory and evidence. Journal of Development Economics, 85(1–2), 176–193.
3. Negara, S. D., & Adam, L. (2012). Foreign direct investment and firms’ productivity level: Lesson learned from Indonesia. ASEAN Economic Bulletin, 29(2), 116–127.
4. Kotil, E. (2020). Türkiye’de doğrudan yabancı yatırımlar ve dış ticaret arasındaki ilişki. Süleyman Demirel Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi, 25(4), 417-426.
5. Li, X. & Liu, X. (2005). Foreign direct investment and economic growth: an increasingly endogenous relationship. World Development, 33(3), 393-407
Fəsillərin və mətnlərin formatı
Məqaləni tərtib etmək üçün hər bir bölməyə (ana başlıq, alt başlıq, mətn, siyahı, və s.) uyğun olan format (şriftin adı, ölçüsü, kənar məsafələri və s.) şablonda verilmişdir. Məruzəni şablonun üzərində işləyərkən lazım olan format qorunacaqdır. Bu formatı dəyişdirməyə icazə verilmir.
Məqalənin mətni 2000 – 8000 söz arası olmalıdır.
Tədqiqat işində verilmiş şəkil, qrafik, blok-sxem, cədvəl və s. aşağıdakı nümunəyə uyğun olmalıdır. Şəkillər (qrafik, blok-sxem və cədvəllər) mətn içərisində ortada yazılmalıdır.
Şəkil 1. Azərbaycanın ÜDM və ÜDM komponentlərinin müqayisəli tendensiyaları, milyon ABŞ dolları, Şəkil, şəkil açıqlaması və mətn arasında 6 pt məsafə buraxılmalıdır. Hər bir şəklin nömrəsi olmalıdır və mətn içərisində şəklin izahı verilməlidir. Şəkil başqa mənbədən alındığı zaman mütləq istinad verilməlidir.
Cədvəl 1. Əsas makroiqtisadi göstəricilərin dəyişməsi: 1995-2005-ci illər
Mənbə: “World Bank”, “World Development Indicators 2006”
Tənlİklər
Mətn içərisində verilmiş hər bir tənliyin nömrəsi verilməlidir. Tənliklər ortada yazılmalıdır.
Vacib qeyd:
1. Məqalələrin tək sütünda olması,
2. Məqalənin içərisində səhifələrin “page break” ilə bölünməməsi,
3. Məqalənin içərisində istifadə olunan hər hansı bir füqur üçün istifadə olunan “shape”-ləri qruplaşdırmaq.