Tələbələr üçün IT istiqamətində təcrübə və təqaüd proqramı elan edilir!

18 Noyabr 2025
Tələbələr üçün IT istiqamətində təcrübə və təqaüd proqramı elan edilir!

AZCON Holding şirkətlərində və tərəfdaş müəssisələrdə İT istiqamətində təcrübə və təqaüd proqramı elan edilir!  

Proqram haqqında

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram informasiya texnologiyaları (IT) sahəsində bakalavriat səviyyəsində təhsil alan sonuncu kurs tələbələrinə akademik biliklərini real iş mühiti ilə birləşdirmək imkanı verir. 2026-cı ilin fevral-may aylarını əhatə edəcək proqram iştirakçılara müvafiq sahə üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, onların bilik və bacarıqlarından yararlanmaq, həmçinin peşəkar iş mühitini yaxından tanımaq fürsəti yaradacaq. Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.

Proqram nə vəd edir?

·        Biliklərin tətbiqi

·        Mentorluq və inkişaf dəstəyi

·        Karyera idarəetməsində dəstək

·        Aylıq təqaüd

Seçim mərhələləri:

1.   Müraciətlərin proqrama uyğunluğunun ilkin qiymətləndirilməsi

2.   İmtahan (Məntiqi təfəkkürün və analitik düşünmə qabiliyyətinin yoxlanılması)

3.   Müsahibə

Necə müraciət etməli?

·  azcon.az/az/internship səhifəsinə daxil olaraq müvafiq müraciət platforması vasitəsilə.

Son müraciət tarixi: 30.11.2025

Müraciət linki: https://azcon.gov.az/az/internship

Digər elanlar