AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ
fakültə və kafedralar üzrə aşağıdakı vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR
Dekan vəzifəsini tutmaq üçün:
|
Fakültələr |
Vəzifələr |
Yerlər |
|
Memarlıq və inşaat fakültəsi |
Dekan |
1 |
Professor-müəllim vəzifələrini tutmaq üçün:
|
Kafedralar |
Vəzifələr |
Yerlər |
|
Mexanika mühəndisliyi kafedrası |
Dosent |
1 (1,0) |
|
Fizika kafedrası |
Dosent |
1 (1,0) |
|
Azərbaycan dili və pedaqogika kafedrası |
Dosent |
1 (0,5) |
|
Xarici dillər kafedrası |
Dosent |
1 (1,0) |
|
Maliyyə və mühasibat kafedrası |
Baş müəllim |
1 (0,5) |
|
Riyaziyyat və kompüter elmləri kafedrası |
Baş müəllim |
1 (1,0) |
Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
1. Kadrlar uçotunun şəxsi vərəqəsi;
2. Tərcümeyi-hal;
3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
4. Elmi və elmi-metodiki işlərin siyahısı;
5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Xirdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan
Əlavə məlumat üçün:
Tel: +994(012) 349-99-66/67+Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)
Fax: (+99412) 349-99-90/91
e-mail: info@beu.edu.az web sayt: www.beu.edu.az
REKTORLUQ