Bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!

29 Sentyabr 2020
Bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə!

Bakı Mühəndislik Universitetinə (BMU) 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn formada həyata keçiriləcək. Abituriyentlər 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək  aşağıdakı keçid vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər:

https://forms.gle/9FqCQBkZQZvzWWJK7

Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

 

Sənəd qəbulu komissiyası ilə əlaqə: 

Telefon:  (012) 349 99 83

( I-V günlər saat 10:00-18:00,  fasilə 13:00-14:00)

E-mail[email protected]

Facebook: www.facebook.com/beu.edu.az

          

           Onlayn qeydiyyatın aparılması üçün tələb olunan sənədlər

Universitetə qəbul olmuş hər bir abituriyent aşağıda qeyd olunan sənədlərin şəklini (keyfiyyətli və oxunaqlı formada) elektron qeydiyyatdan keçərkən yükləməlidirlər.

1. Tam orta təhsil haqqında sənəd –attestat, diplom.

2. Şəxsiyyət vəsiqəsi

3. Rəngli fotoşəkil 3x4  ölçüdə - 4 ədəd

4. Sağlamlıq haqqında arayış  (forma 086)

5. DİM İş nömrəsi və şifrəsi

6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün)

7. Birinci kursun illik təhsil haqqının (ödənişli əsaslarla qəbul olmuş tələbələr üçün) ödənilməsi barədə qəbz

Eyni zamanda dərslər başlayanda aşağıdakı sənədlərin əsli universitetin Tədris hissəsinə təqdim edilməlidir. 

1. Tam orta təhsil haqqında sənəd –attestat, diplom

2. Rəngli fotoşəkil 3x4  ölçüdə - 4 ədəd

4. Sağlamlıq haqqında arayış  (forma 086)

 

Ödəniş üçün bank rekviziti:    

“Kapital Bank” ASC Abşeron filialı

Xırdalan şəh., (AZ 1014), Qəşəm Aslanov küçəsi, B22

Tel.: 012 342 32 54 

Kod: 200231

VÖEN: 9900003611

S.W.I.F.T BİK: AIIBAZ2X

Müxbir hesab: AZ37 NABZ 0135 0100 0000 0000 1944

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

VÖEN: 3102154051

Cari hesabı: AZ36 AIIB 3806 0019 4401 5795 9123

Qeyd : Ödəniş qəbzinə tələbənin Soyadı, Adı, Ata adı və tələbənin şəxsiyyət vəsiqəsinin FİN nömrəsi mütləq qeyd olunmalıdır.

 

           Təhsil haqqi ödənişindən azad olunan imtiyazlı tələbələr

 

1. Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır);

2. Şəhid ailəsi statusunu almış ailənin üzvü;

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı  həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları;

4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar;

5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

 

Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr əlavə olaraq aşağıdakı sənədləri də yükləməlidirlər.

Eyni zamanda dərs başlayanda universitetin Tədris hissəsinə təqdim etməlidirlər.

 

I.  Məcburi köçkün statusu olan tələbələr:

1. Tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsi (cari ilin sonunadək qeydiyyatdan keçirilmiş) əsli və notarial qaydada təsdiq olunmuş surəti

 

II. Şəhid ailəsinin üzvü olan tələbələr:

1.     Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2.     Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

3.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

     QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır və təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

     III.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

1.     Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsi (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır);

2.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

III (a).  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

1.     Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);

2.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

IV.  Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər: 

1.     Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.     Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış;

3.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

     Qeyd: Ödənişdən azad edilmə 23 yaşınadək qüvvədədir. 

     Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

    VACİB QEYD: Hazırda mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində yataqxanaların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Yataqxana fəaliyyətinin bərpasından sonra bu xidmətdən istifadə etmək istəyən tələbələrimiz aşağıdakı elektron poçt ünvanları vasitəsilə qeydiyyata düşə bilərlər:

     Oğlanlar üçün yataqxana: [email protected]

     Qızlar üçün yataqxana: [email protected]

Digər elanlar