Zirvə Liseyinin daha bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Bu dəfə məktəblilər universitetin İKT elmi-tədqiqat laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub və əyani təcrübələri izləyiblər.
BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Amil Babayev robotların iş strukturu və proqramlaşdırması haqqında ətraflı məlumat verib.
Kompüter və informasiya texnologiyaları laboratoriyasının müdiri Kamil Əhmədov laboratoriyaların fəaliyyəti, burada mövcud olan avadanlıqlar barədə danışıb. O, həmçinin ayrı-ayrı maketlər üzərində şagirdlərə zəruri informasiyaları təqdim edib.
Sonra BMU tələbələrinin müasir dövrdə ölkədə olan problemləri nəzərə alaraq kəşfiyyat və mina əleyhinə hazırladığı robotun prototipinin işləmə prinsipi əyani və video formatda şagirdlərə göstərilib. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi