Zirvə liseyinin şagirdləri BMU ilə tanış olublar

27 Aprel 2023
Zirvə liseyinin şagirdləri BMU ilə tanış olublar

Abituriyentlərin Bakı Mühəndislik Universiteti (BMU) ilə yaxından tanış olması istiqamətində görülən tədbirlər çərçivəsində Zirvə liseyinin şagirdlərinin universitetə növbəti ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı BMU-nun tədris korpusları, labortaoriyalarını gəzən şagirdlərə ali təhsil ocağında tədris olunan ixtisaslar haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, məktəblilərə geniş kampusa malik BMU-da tələbələrin asudə vaxtlarının təşkili üçün yaradılan şərait, yataqxanalar barədə zəriri informasiyalar da təqdim olunub.

Sonra məktəblilər BMU-nun ən müasir avadanlıqlarla təchiz edilmiş Kimya və kimya mühəndisliyi, Biologiya, Fizika, Kompüter və informasiya texnologiyaları laboratoriyalarında praktiki dərslər keçiblər.

Liseyin şagirdlərinə laboratoriyalarda kimyəvi təcrübələri əyani şəkildə həyata keçirmək imkanı yaradılıb və onları maraqlandıran suallara aydınlıq gətirilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər