Zirvə Liseyinin şagirdləri Bakı Mühəndislik Universiteti ilə tanış olublar

22 Aprel 2022
Zirvə Liseyinin şagirdləri Bakı Mühəndislik Universiteti ilə tanış olublar

Zirvə Liseyinin VIII sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

BMU-nun Pedaqoji fakültəsinin dekanı, dosent Elşad Abdullayev  ekskursiyanın təşkilində əsas məqsədin məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək olduğunu bildirib və ali təhsil ocağında mövcud olan fakültələr, tədris olunan ixtisaslar haqqında şagirdlərə ətraflı məlumatları təqdim edib. Şagirdləri maraqlandıran suallara aydınlıq gətirən E.Abdullayev onların məktəbi bitirdikdən sonra BMU tələbəsi olmalarını arzulayıb. 

Sonra şagirdlər universitetin Biologiya laboratoriyasında olublar. Kimya-biologiya kafedrasının müəllimi Həsənağa Mayilov laboratoriya ilə bağlı zəruri informasiyaları diqqətə çatdırıb, buradakı mövcud avadanlıqların funksiyalarını ətraflı izah edib.

Daha sonra şagirdlərə İKT mərkəzi, Kitabxana, həmçinin Kimya, və digər tədris laboratoriyaları ilə yaxından tanış olmaq, laboratoriyalarda maraqlı təcrübələri əyani şəkildə izləmək imkanı yaradılıb.

Zirvə Liseyinin Biologiya müəllimi Yeganə Əkbərli ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər