Xocalı soyqırımı ilə bağlı açıq dərslər keçirilib

26 Fevral 2025
Xocalı soyqırımı ilə bağlı açıq dərslər keçirilib

Bakı Mühəndislik Universitetin Xocalı soyqırımı ilə bağlı açıq dərslər keçirilib.

Açıq dərslərdə universitetin Ümumi fənlər kafedrasının müəllimləri Elnur Nəciyev, Yalçın Zeynalov, Ramiz Nəcəfli və Xaqan Balayevin Ermənistanın azərbaycanlılara qarşı soyqırımı ilə bağlı mühazirələri dinlənilib. Mühazirələrdə erməni cəlladlarının Xocalı şəhərində keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının iştirakı ilə törətdikləri insanlıq əleyhinə qanlı cinayətlər anladılıb  və soyqırım hadisəsinin XX əsrin ən böyük faciələrindən biri olduğu bildirilib.

Çıxışlarda Kəlbəcərin Ağdaban və Başlıbel hadisələrinə də toxunulub, Agdabanda 33 nəfərin diri-diri yandırıldığı, Başlıbeldə qocaların, qadın və uşaqların tunellərdə xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanıb. Habelə bu amansızlığa, ağır işgəncələrə görə düşmənin əməllərinə beynəlxalq hüququn susqunluğu ədalətsizlik adlandırılıb, Xocalı cinayətlərində əli olan erməni cəlladlarının bir qisminin hazırda Azərbaycanda ədalət mühakiməsində cavab verdiyi önə çəkilib. Həmçinin qeyd olunub ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə bütün şəhidlərimizin,  o cümlədən Xocalı qurbanlarının qisası alınıb, düşmən üzərində qazanılan möhtəşəm Zəfər Xocalı hadisələrinin anım gününü xalqımızın birliyi, cəsurluğu kimi simvollaşdırıb.   

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər