“Xaricdə təhsil və karyera”

13 Aprel 2020
“Xaricdə təhsil və karyera”

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti onlayn təlim baş tutub.

Xaricdə təhsil və karyera adlı təlim bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda alan, 2015-ci ildə Fransada Eyfel təqaüdü ilə MBA təhsili aldıqdan sonra karyera fəaliyyətini Avropada davam etdirən, eləcə də ümumilikdə 8 il iş təcrübəsi olan Emin Quluyev tərəfindən keçirilib.

Təlimdə xaricdə təhsil almaq üçün nəzərə alınacaq amillər, həmçinin xaricdə təhsil zamanı fikir verməli olan məqamlara toxunulub. Bununla yanaşı, təqaüd almaq üçün lazım olan şərtlər, xarici ölkələrdə iş görüşməsində şansı artıracaq faktorlar və s. haqqında ətraflı məlumat verilib.

E.Quluyev təlim boyunca iştirakçıların suallarını cavablandırıb və onlara öz tövsiyələrini verib.  

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar olaraq TEC artıq bir müddətdir ki, onlayn təlimlərə start verib. Bundan öncə TEC tərəfindən “Tədqiqat metodları” və  “İngilis dili öyrənməyin müasir metodları” adlı təlimlər keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər