Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi və Texnoparkın birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçirilib.
Shuffle University-nin təlimçisi Aqşin Rəcəbov özünün hazırladığı “Dizaynda insan psixologiyası” və “İnsanları birləşdirən UX (User Experience)” haqqında ətraflı məlumat verib, eyni zamanda “UX-in dizaynda rolu nədir və nə kimi əhəmiyyət daşıyır?”, “layihələrdə UX təcrübəsindən necə yararlanmalıyıq?” kimi suallara aydınlıq gətirib. Təlimdə, həmçinin dizayn sahəsində əsas yer tutan UX dizayn, rəqəmsal dünyanın bizə gətirdiyi bir çox yeniliklər, az büdcə ilə çox insana çatmağın yolları, sosial şəbəkə reklamlarının detalları müzakirə olunub.
Böyük maraqla dinlənilən təlimdə A.Rəcəbov tərəfindən iştirakçıların suallarına cavab verilib və ən fəal olan iştirakçı mükafatlandırılıb.
Qeyd edək ki, innovativ və sahibkar düşüncəli gənclərin formalaşmasına təkan vermək məqsədilə gerçəkləşdirilən “UniTalks”ın növbəti təlim-seminarı 23 oktyabr tarixində saat 12-də BMU-nun Akt zalında keçiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi