Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan sənədli film

14 Dekabr 2019
Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan sənədli film

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının sədri, Xarici dillər kafedrasının müdiri Ətrabə Gül “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Ölüm hökmü-ömürlük cəza” sənədli filminin təqdimat mərasimində iştirak edib. Film Azərbaycanda ölüm hökmünü ləğv etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında tədbirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, ictimai həyatın bütün sahələrində olduğu kimi, insan hüquq və azadlıqlarının təmin olunması, cəza-icra siyasəti sahəsində kompleks siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idarəçiliyinin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması və səmərəli idarəetmənin təşkili, çoxsaylı əfv təşəbbüsləri diqqətə çatdırılıb.

Çıxışlardan sonra filmə baxış keçirilib.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər