Tvinninq layihəsinin ekspertləri BMU-da

17 Oktyabr 2019
Tvinninq layihəsinin ekspertləri BMU-da

Azərbaycan Respublikası Təhsil Nazirliyində “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi ilə əlaqədar görüş keçirilib. Latviya Universitetinin nümayəndələrindən ibarət missiyanın iştirakı ilə gerçəkləşən tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov iştirak edib.

Görüşdə gündəliyə çıxarılan məsələ bakalavriat səviyyəsində təhsil alan tələbələrin riyaziyyat müəllimliyi ixtisası üzrə fənn proqramlarının müvafiq kompetensiyaya malik olması üçün yeni fənn proqramının hazırlanmasından ibarət olub.

Layihə çərçivəsində ekspertlər BMU-da riyaziyyat müəllimliyi üzrə ixtisaslaşmış professor-müəllim heyəti ilə də görüşüblər və sözügedən standartların yenilənməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. Proqramın hazırlanması prosesində orta məktəblərin riyaziyyat fənnini tədris edən müəllimlərinin və universitet tələbələrinin fikirlərinin öyrənilməsinin vacibliyi vurğulanıb. Qonaqlar Latviya Universiteti ilə BMU arasında riyaziyyat müəllimliyi ixtisasının fənn proqramının hazırlanması istiqamətində əməkdaşlıq əlaqələri qurmasını təklif ediblər.

       BMU-da ixtisasların tədrisində istifadə olunan maddi-texniki baza, laborotoriyalar və İKT mərkəzi ilə tanış olan nümayəndə heyəti universitet haqqında müsbət fikirlərini bildiriblər.

  

 İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər