TKTA-nın təlimini başa vuran BMU əməkdaşlarına sertifikat təqdim olunub

22 May 2023
TKTA-nın təlimini başa vuran BMU əməkdaşlarına sertifikat təqdim olunub

 

Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup əməkdaşının keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi başa çatıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 2022-2023-cü illər üzrə keçirilən təlim müxtəlif universitet müəllimlərinin sertifikatlaşdırılaraq, ekspert nümayəndəsi kimi banka daxil olunması və akkreditasiya qiymətləndirilməsinə cəlb edilməsi məqsədi daşıyıb.

Təlim “Daxili keyfiyyətin təminatı və mexanizmləri”, “Xarici keyfiyyətin təminatı” və “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları” modulları üzrə həyata keçirilib. Ekspert təlimini uğurla başa vuran BMU əməkdaşlarına hər üç modul üzrə sertifikat təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər