Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları üçün “Tətbiqi Ekonometrika” təlimi keçirilir. BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin “Dünya iqtisadiyyatı” kafedrasının əməkdaşı İlkin Qasımovun təqdimatında reallaşan təlimin məqsədi impakt faktorlu jurnalların tələbinə uyğun elmi-tədqiqat işlərinin yazılmasında istifadə olunan müasir ekonometrik modellerin mənimsənilməsidir.
Silsilə xarakter daşıyan təlimin mövzuları sırasına verilənlər bazasının (data) növləri, eviews proqramı ilə ümumi tanışlıq, xətti reqressiya modelləri, reqressiya modellərində meydana çıxan problemlər və onların həlli yolları, vahid kök testinin tətbiq edilməsi və s. daxildir.
Təlimin ilk günündə İ.Qasımov dinləyicilərə ekonometrika nədir, harada və necə istifadə edilməsi barədə ümumi məlumat verib, praktik istifadə ilə bağlı nümunələr göstərib. İnteraktiv şəraitdə keçən təlimdə iştirakçıların suallarını cavablandırılıb.
Qeyd edək ki, təlim semestr ərzində hər həftənin çərşənbə günü saat 16:20-17:55-də keçiriləcək.
BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsi