Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsininin tələbələrini təmsil edən qrup nümayəndələri ilə görüş keçirilib.
Fakültə dekanı, dos. Mayıs Əzizov görüş iştirakçılarını salamlayıb və tələbələrlə rəhbərliyin daha yaxın münasibət qurması məqsədilə keçirilən görüşün əhəmiyyətindən danışıb.
Dekan müavinləri-dos. Xanlar Heydərov və i.ü.f.d. Elsevər İbadov tələbələrə tədris və tərbiyə fəaliyyətləri, həmçinin tələbə həyatının daha səmərəli keçirilməsi ilə bağlı tövsiyələrini veriblər.
Sonra tələbələrin tədris, tərbiyə, elmi fəaliyyət və digər məsələlərlə bağlı sualları, həmçinin təklifləri səsləndirilib.
Diskussiya şəraitində davam edən görüşün sonunda tələbələr universitet rəhbərliyinin onların fikirlərinə dəyər vermələrindən, bu kimi səmimi müzakirələrdən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan və ingilis dillərində təhsil alan qrup nümayəndələri fakültənin Mühasibat uçotu və audit, Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı, Maliyyə, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin idarə edilməsi, Sənayenin təşkili və idarə olunması ixtisaslarını təmsil edib. Görüşdə, eyni zamanda, fakültənin Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) nümayəndələri də iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi