Bakı Mühəndislik Universitetində (BMU) “Strateji düşüncə və planlaşdırma” mövzusunda məlumatlandırma tədbiri keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri üçün nəzərdə tutulan tədbirdə “PAŞA Bank”ın Özəl bankçılıq blokunun Məhsul inkişafı üzrə şöbə rəhbəri Adilə Şıxıyeva təqdimatla çıxış edib.
A.Şıxıyeva əvvəlcə təmsil etdiyi bankın fəaliyyəti, təklif etdiyi xidmət və məhsullar barədə ətraflı məlumat verib. Sonra çıxışına “Strateji düşüncə və planlaşdırma” mövzusu ilə davam edən bankın rəsmisi strategiya anlayışı, planlaşdırmanın əhəmiyyəti, strateji planların hazırlanması və təhlili, sərvətin idarəolunması və digər məfhumlar haqda önəmli informasiyaları nəzərə çatdırıb.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən təşkil olunan tədbirin sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi