Tələbələr üçün “Sosial mediada satış" mövzusunda təlim

10 Mart 2023
Tələbələr üçün “Sosial mediada satış" mövzusunda təlim

Bakı Mühəndislik Universitetində (BMU) “İnnab” Karyera Mərkəzinin mütəxəssislərinin təqdimatında "Sosial Mediada Satış" mövzusunda təlim keçirilib.

Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə baş tutan tədbirdə “İnnab” Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova açılış nitqi ilə çıxış edib və Azərbaycanda ilk onlayn peşəkar inkişaf platforması kimi yaradılan “İnnab” MMC-nin əsas fəaliyyət istiqamətlərinə toxunub.

Sonra "İnnab" MMC-nin rəhbəri Vüqar Bəykişiyev təlim iştirakçılarına şəxsi biznesi qurmaq bacarığı, sosial media üzərindən biznesin inkişafı, reklamı, sosial media üzərindən vəsaitlərin əldə edilməsi və s. məqsədlər haqda məlumat verib. Təlimçi sosial mediada satış zamanı diqqət edilməsi vacib olan nüanslar, müştəriləri şəxsi biznesə cəlb etməyin yolları, sosial şəbəkələrdə məlumat paylaşımı zamanı vacib məqamlar və s. Ilə bağlı fikirlərini paylaşıb.

Təlim mövzu ətrafında müzakirələrin aparılması və sualların cavablandırılması ilə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər