Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 102-ci TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib. İmtahan Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU ilə bu ölkənin İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı ilə baş tutub.
İki hissədən ibarət imtahanda 67-si BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələr olmaqla, ümumilikdə 304 nəfər iştirak edib. İlk mərhələdə Koreya dilində olan mətnlər oxunub, müvafiq suallar cavablandırılıb. İkinci mərhələdə isə dinləmə və yazma bacarıqları üzrə səviyyələr müəyyənləşdirilib.
2020-ci ildən gerçəkləşdirilən BMU-İNHA İDP çərçivəsində tələbələrin Koreya dilini mənimsəməsi və TOPİK imtahanından müvəffəqiyyətlə keçməsi üçün müvafiq addımlar atılır.
İmtahanın nəticələri Koreyanın Beynəlxalq Təhsil İnstitutu tərəfindən noyabr ayının sonlarında elan ediləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi