Tələbələr üçün maarifləndirici tədbir

19 Dekabr 2019
Tələbələr üçün maarifləndirici tədbir

Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya mərkəzinin dəstəyi, Unitalks platforması, QSS Analytics şirkəti və Data Science Akademiyasının birgə təşkilatçılığı ilə “Data Science sahəsində karyera” adlı seminar keçirilib.

İnnovasiya mərkəzinin müdiri Elçin Yusubov seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, dataların düzgün istiqamətlənməsi kibertəhlühəsizlik baxımdan olduqca mühüm rol oynayır. O, çıxışında data sahəsində peşəkar mütəxəssislərin olmasının vacibliyini qeyd edib.

Seminarda QSS Analytics şirkətinin təsisçisi Etibar Hüseynli ən müasir Data Science texnologiyaları barədə danışıb. O, yerli müəssisə və şirkətlərdə Data Science-in tətbiq sahələri haqda tələbələrə ətraflı məlumat verib, eyni zamanda yerli bazarda təcrübə və iş imkanları, güclü Data Science portfoliosu yaratmaq imkanları məsələlərinə toxunub.

         “Pasha Bank”da Data Scientist vəzifəsində çalışan, BMU-nun sənaye mühəndisliyi ixtisasının məzunu Tərlan Cəbiyev isə çıxışında öz təcrübəsini tələbələrlə bölüşüb.

Digər çıxışlardan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər