Bakı Mühəndislik Universiteti (BMU) və DAAD (Alman Akademik Mübadilə Xidməti) Bakı Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirici seminar keçirilib.
BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov seminarın əhəmiyyəti barədə məlumat verib.
DAAD Bakı Məlumat Mərkəzinin nümayəndəliyinin əməkdaşı Ehtiram Müzəffərli təmsil etdiyi qurumun proqramları haqqında danışıb. Qeyd edilib ki, DAAD dünyada tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən ən önəmli təşkilatlardan biridir. Almaniyada təhsil almaq imkanı qazanan tələbələr üçün alman ali məktəblərində yay dil kursları təqaüdü, magistratura təhsili üçün təqaüd, eyni zamanda doktorantlar üçün elmi müdafiə və tədqiqat təqaüdü də təklif edilir.
DAAD-ın nümayəndəsi proqramın növləri, faydaları və müraciət formalarını ətraflı izah edib.
Sonda tələbələrin sualları cavablandırılıb.