Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Dinləmə və izahetmə bacarıqları”, eyni zamanda “Potensialını kəşf et” mövzularında seminar keçirilib.
Tələbələrin daha effektiv dinləmə və izahetmə bacarıqlarının inkişafı məqsədi ilə təşkil olunan tədbirdə elmi-kütləvi araşdırmaçı Vüsal Yusifli və işgüzar ünsiyyət sahəsi üzrə təlimçi Zarina Hüseyn mövzulara dair təqdimatla çıxış ediblər.
Seminar zamanı empatiya, təhlil bacarığı, interaktiv ünsiyyət haqqında məlumatlar verilib. Həmçinin intonasiya və bədən dilinin əhəmiyyəti, aydın və effektiv izahetmə üsulları, emosional intellekt sahələrindən ətraflı bəhs olunub, ünsiyyət bacarıqlarının şəxsi və peşəkar həyatda mühüm rol oynadığı, fəal dinləmənin, qarşılıqlı hörmətin ünsiyyət effektivliyini artırdığı diqqətə çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi