Tələbələr məhkəmə prosesini canlandırıblar

24 Dekabr 2019
Tələbələr məhkəmə prosesini canlandırıblar

Bakı Mühəndislik Universitetinin (BMU) Tərcümə və ingilis dili kafedrasının Tərcümə ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri “Hüquqi mətnlərin tərcüməsi” fənnində məhkəmə prosesini kiçik səhnəcik şəklində canlandırıblar.

Tələbələr hazırladıqları səhnəcikdə məhkəmə ab-havası yaradıb, həmçinin ingilis dilində hüquqi terminlərdən, mürəkkəb cümlə quruluşlarından istifadə edərək fikirlərini sərbəst şəkildə ifadə ediblər.

Tələbələrin fəaliyyəti kafedranın müəllim və tələbə heyəti tərəfindən maraqla izlənib.

Kafedra müdiri, dosent Natiq Adilov çıxış edərək müəllim Kənan Mahmudov tərəfindən tədris olunan fənnin  öyrənmə predmetinə müvafiq olaraq səhnəciyi hazırlayan tələbələrin şəxsi təşəbbüslərini və çalışqanlığını təqdirəlayiq hesab edib. O, təcrübə yolu ilə öyrənmə prosesinin effektiv olmasının üstünlüklərini vurğulayıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər