Bakı Mühəndislik Universitetinin (BMU) İdman klubunun təşkilatçılığı ilə ali məktəbin 1-ci kurs tələbələri arasında Zəfər Gününə həsr edilmiş mini futbol turniri başa çatıb.
Oktyabr ayından start götürən yarışda, ümumilikdə 16 komanda mübarizə aparıb. Qrup mərhələsi, ardınca play-off oyunları, yarımfinal və final mərhələsi keçirilib.
Universitetin İdman klubunun məşqçi-müəllimi Rauf Əliyevin hakimlik etdiyi futbol turnirinin finalında ilk yeri “Mühəndislər” komandası tutub.
Turnirin ən yaxşı oyunçusu adına isə Mühəndislik fakültəsi “Şərabçılıq” ixtisasının 1-ci kurs tələbəsi Murad Qədirli layiq görülüb.
Qalib komanda üzvlərinə kubok və hədiyyələr təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi