“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşəcək.
Yanvarın 16-da (rektorluq binasının akt zalı) təşkil ediləcək görüşdə bu il 1-4 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək “TEKNOFEST”, onun sonrakı mərhələləri və s. barədə ətraflı məlumatlar təqdim olunacaq.
Bununla yanaşı, Ahmet Köse BMU tələbələrinin suallarına da aydınlıq gətirəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi