Bakı Mühəndislik Universiteti (BMU) Təhsil Tələbə Kredit Fondunda (TTKF) təhsil müəssisələrinin nümayəndələri ilə keçirilən görüşdə təmsil olunub.
TTKF-nin İdarə heyətinin sədri Araz Paşayev belə maarifləndirici görüşlərin Fondun imkanlarından daha çox tələbənin yararlanmasını təmin etmək məqsədilə təşkil olunduğunu bildirib. Təhsilə dövlət qayğısının bariz nümunəsi olan TTKF-nin qısa müddət ərzində minlərlə tələbənin təhsil arzusunun gerçəkləşməsinə dəstək olduğunu deyən A.Paşayev bu günə kimi təhsil krediti almaq üçün quruma 13000-ə yaxın müraciətin daxil olduğunu, onlardan 8000-ə yaxınının müsbət cavablandırıldığını fikirlərinə əlavə edib.
Fondun fəaliyyəti, qarşıda duran işlər haqqında ətraflı informasiyaların verildiyi görüşdə BMU-nun əməkdaşı Asif Həmzətov əməkdaşlığın istiqamətlərinə, həmçinin tələbələrin səsləndirdikləri təkilflərə toxunub.
Tədbirdə TTKF-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün görüş iştirakçıları arasında anket sorğusu da keçirilib, onların səsləndirdikləri təkliflər qeydə alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi